RU

2024-cü ildə ən çox gəmi inşa edən ölkələr açıqlanıb

Dünya gəmiqayırma sənayesi Şərqi Asiyada cəmlənib, üç ölkə ümumi istehsalın 95 faizini təmin edir…

Poliqon xəbər verir ki, UNCTADstat məlumatlarına əsasən, 2024-cü ildə dünya üzrə gəmiqayırma müəssisələri ümumi 71,69 milyon ton ümumi yükgötürmə qabiliyyətinə malik kommersiya gəmiləri istehsal edib. Naked Science nəşri yazır ki, bu göstəricinin mütləq əksər hissəsi Şərqi Asiyada – Çin, Cənubi Koreya və Yaponiyada formalaşıb. Həmin üç ölkə birlikdə dünya istehsalının 95 faizini təmin edir.

Məlumata görə, Çin 2024-cü ildə də dünya gəmiqayırmasının lideri olaraq qalır. Ölkənin gəmiqayırma zavodları ümumilikdə 39,1 milyon ton yükgötürmə qabiliyyətinə malik gəmilər təhvil verib ki, bu da qlobal göstəricinin 54,6 faizinə bərabərdir. Çin təkbaşına Cənubi Koreya və Yaponiyanın birgə istehsalını iki dəfədən çox üstələyib.

Cənubi Koreya ikinci yerdə qərarlaşıb. Ölkə 2024-cü ildə 20,1 milyon ton yükgötürmə qabiliyyətinə malik gəmilər istehsal edib. Cənubi Koreya xüsusilə yüksək texnologiyalı gəmilərin – o cümlədən LNG daşıyıcı tankerlərin – istehsalında ixtisaslaşıb. Üçüncü yeri isə 9 milyon tonluq ümumi yükgötürmə qabiliyyəti ilə Yaponiya tutur.

İlk onluqda həmçinin Vyetnam, Filippin, İtaliya, Fransa, Almaniya, Finlandiya və Sinqapur yer alıb. Rusiya isə 99 min tonluq yükgötürmə qabiliyyəti ilə yalnız 13-cü sırada qərarlaşıb ki, bu da onun dünya gəmiqayırmasında məhdud paya malik olduğunu göstərir.

Ekspertlər qeyd edirlər ki, Şərqi Asiyanın üstünlüyü həm istehsal miqyasından, həm də texnoloji imkanlardan irəli gəlir. Çin və Cənubi Koreya nəhəng sənaye kompleksləri, dövlət dəstəyi və dünya ticarətinin artan tələbləri hesabına qlobal bazarda öz dominant mövqelərini daha da möhkəmləndirir.

Poliqon.info

Избранный
17
poliqon.info

1Источники