RU

Aİ rəhbəri: Müharibənin uzadılması Rusiya üçün baha başa gələcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nə qədər uzun sürərsə, Moskva üçün bir o qədər baha başa gələcək.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, reparasiya krediti ilə bağlı təklif mürəkkəb mexanizmə malik olsa da, əsas məqsəd müharibənin Rusiya üçün xərclərini artırmaqdır. Fon der Lyayen vurğulayıb ki, Prezident Vladimir Putin müharibəni uzatdıqca, insanların həyatını itirməsi və Ukrayna infrastrukturu dağıdıldıqca Rusiyanın ödəyəcəyi bədəl daha da yüksələcək.

Aİ rəhbəri əlavə edib ki, Avropa və onun müttəfiqləri Rusiyaya təzyiqləri artırmaq üçün kifayət qədər vasitə və qətiyyətə malikdirlər və məqsəd Moskvanı danışıqlar masasına əyləşdirməkdir.

Избранный
16
nocomment.az

1Источники