Vaşinqtonla qaz sazişləri Yunanıstanın geosiyasi çəkisini artırır…
Poliqon xəbər verir ki, Yunanıstanın baş nazirinin müavini Kostis Xatsidakis ölkəsinin ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üzrə imzaladığı yeni müqavilələrin Avropanın enerji xəritəsini “əldəqayırma şəkildə dəyişdirdiyini” bildirib. Hökümət üzvünün sözlərinə görə, Yunan şirkətlərinin bağladığı kontraktlar LNG-nin Mərkəzi və Şərqi Avropaya yenidən ixracını nəzərdə tutur və bu, ölkənin enerji təchizatında əsas tranzit mərkəzinə çevrilməsinə şərait yaradır.
Bloomberg yazır ki, ABŞ ilə yeni enerji sazişləri Yunanıstanın geosiyasi rolunu gücləndirməklə yanaşı, Afina–Vaşinqton münasibətlərini də strateji səviyyədə möhkəmləndirir. Ekspertlərə görə, Aleksandrupolis və Revituza terminallarının genişləndirilməsi, eləcə də yeni boru xətti layihələri Yunanıstanı Avropa İttifaqının enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirir.
Xatsidakis vurğulayıb ki, yeni müqavilələr Aİ-nin Rusiyadan enerji asılılığını azaltmaq planlarına da xidmət edir və region ölkələri üçün əlavə təchizat marşrutları yaradır.
Poliqon.info