RU

Tramp: “Vaşinqtonun sülh planı Moskvanı qane edir”

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

"Zelenskinin bunu təsdiqlədiyinə əmin deyiləm. Onun xalqı bunu bəyənib, amma o bunu oxumayıb"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, “Vaşinqtonun Ukrayna üçün təklif etdiyi sülh planı Rusiyanı qane edir”.

AYNA.AZ-ın TASS-a istinadən məlumatına görə, Tramp bu barədə Con Kennedi adına İfa Sənətləri Mərkəzində jurnalistlərə verdiyi açıqlamasında deyib.

"Rusiyadan danışarkən, inanıram ki, onlar bundan məmnundurlar", - deyə Tramp bildirib.

ABŞ lideri həmçinin bildirib ki, “Ukrayna Prezidenti Volodimir Zelenski sülh planını bəyənməsə də, onun yaxın ətrafı bu planı təsdiqləyib”.

"Zelenskinin bunu təsdiqlədiyinə əmin deyiləm. Onun xalqı bunu bəyənib, amma o bunu oxumayıb", - deyə ABŞ Prezidenti əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
ayna.az

1Источники