RU

Hava şəraiti səbəbindən saxlanılan oyunun davamı keçirilməyəcək

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli Premyer Liqasının XIV turunda əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyununun davamı sabah keçirilməyəcək.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib.

Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib. Matçın keçirilmə tarixi ilə bağlı PFL-in İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

Qeyd edək ki, sözügedən qarşılaşma hesab 0:0 olarkən qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
57
3
globalinfo.az

10Источники