RU

Avropa Şurasının prezidenti: Vaşinqtonun belə bir hüququ yoxdur

BAKI, 8 dekabr. TELEQERAF

Avropa Şurasının prezidenti AntoniuKoşta ABŞ-nin"Milli Təhlükəsizlik Strategiyası"nda Avropa ilə bağlı qeyd edilənləri kəskin tənqid edib.

Teleqraf xəbər verir ki, Koştanın sözlərinə görə, Vaşinqtonun Avropa vətəndaşları üçün hansı siyasəti doğru saymaqvə ya kimə səs verməli olduqarına qərar vermək hüququ yoxdur.

AntoniuKoşta bu fikirləri ABŞ Milli Təhlükəsizlik Strategiyasını yeniləməsindən, Avropanı kursunu dəyişməyə çağırmasından və Brüsselin siyasətinə müqavimət göstərən "vətənpərvər Avropa partiyalarını" tərifləməsindən sonra səsləndirib.

33 səhifəlik sənəddə iddia edilir ki, düşünülməmiş iqtisadi siyasət, qanunsuz miqrasiya və həddindən artıq tənzimləmə Avropanın bir sivilizasiya kimi məhvinə səbəb ola bilər.

AntoniuKoştahesab edir ki, müttəfiqin öz müttəfiqinin siyasi həyatına və ya daxili demokratik seçimlərinə müdaxilə etməməlidir.

Avropa Şurasının prezidenti bildirib ki, ABŞ müttəfiq və tərəfdaş olaraq qalır, amma Avropa daha güclü və suveren olmalıdır: "Beynəlxalq səviyyədə güclü olmaq istəyirsinizsə, daxildə də güclü olmalısınız".

"Avropa qlobal səhnədə öz güclü və imkanlarına daha çox əmin olmalıdır" - AntoniuKoştaəlavə edib.

Избранный
47
teleqraf.com

1Источники