RU

Təhsil sahəsində inkişaf tendensiyası müşahidə olunur


"Azərbaycanda təhsil sektorunun inkişafı istiqamətində atılan addımlar, bu sahəyə yönələn vəsaitin ildən-ilə artırılması öz effektini göstərir və təhsil sahəsi dövlət qayğısına adekvat olaraq inkişaf edir".

Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. İctimai birlik təmsilçisi deyib ki, bunu beynəlxalq reytinq agentliklərinin, müvafiq qurum və təşkilatlarının müntəzəm olaraq açıqladığı hesabatların nəticələri də təsdiqləyir:

"Məlum olduğu kimi Bakı Dövlət Universiteti (BDU) “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lider təhsil ocağı kimi xarakterizə edilib. Belə ki, Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu ali təhsil müəssisələrinin ekoloji davamlılıq göstəricilərini qiymətləndirən “UI GreenMetric World University Ranking 2025” nəticələrinə əsasən Cənubi Qafqaz üzrə lider mövqeyinə yüksəlib.

BDU bu il reytinqdə əhəmiyyətli irəliləyiş əldə edərək, 105 ölkədən 1745 universitet arasında 493-cü pilləyə yüksəlib və əvvəlki illə müqayisədə 114 pillə irəliləyiş nümayiş etdirib".

Ruhiyyə Mehdiyeva deyib ki, reytinqdə BDU ilə yanaşı Azərbaycanın digər ali təhsil ocaqları da yer alıb ki, bu da ölkəmiz üçün qürurvericidir:

"Məlumat üçün qeyd edim ki, reytinqdə Azərbaycanın 19 ali təhsil müəssisəsi yer alıb. Bu da öz-özlüyündə ölkəmizdə təhsil sektorunun inkişafını təsdiqləyir".

Cavid
Избранный
26
1
newscenter.az

2Источники