RU

İcra Hakimiyyəti şəhid ailəsinə qənim kəsilib...

Mingəçevirdə nə baş verir?..

Vətəndaş Kərimova Əniqə Məhərrəm qızı bildirir ki, ona aid olan torpaq sahəsindən istifadə edə bilmir. Çünki Mingəçevir Şəhər İcra Hakimiyyəti, Şəhər Bələdiyyəsi ona mane olur. Ətrafda tikililər, hasarlanmış sahələr olsa da nədənsə hamının gücü ailə başçısını itirmiş qadına çatır. Məmurların nəzərinə çatdırırıq ki, Əniqə xanımın ailəsində üç şəhid var. Həyat yoldaşı, qızı və əmisi oğlu şəhiddir. Heç olmasa o ada hörmət qoymağı bacarın.

Bu insan qanuni şəkildə əldə etdiyi torpaq sahəsini istifadə etmək istəyir.Bu barədə məhkəmənin qərarı da var. Hətta bundan sonra da Əniqə Kərimovaya mane olunursa, həm Mingəçevir İcra Hakimiyyəti, həm də Mingəçevir şəhər Bələdiyyəsi məhkəmə qərarının tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılova xatırladıqırıq ki, bütün icra hakimiyyətlərində olduğu kimi onlarda da “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi var. Bu şöbə 44 günlük Vətən müharibəsindən sonra yaradılıb və məqsəd müharibə veteranları və şəhid ailələrinin qayğıları ilə daha yaxşı, yaxından məşğul olmaqdır. Bu təbəqədən olan insanların problemlərini həll etmək əvəzinə Mingəçevirin icra məmurları onlara mane olur, özləri problem yaradırlar. Əgər icra başçısı İlham müəllimin bundan xəbəri yoxdursa, ünvanı bildiririk, gedib şəxsən görə bilər: Xəzər Əliyev küçəsi,13. Gedib görsün tabeliyindəki əməkdaşlar şəhid xanımı, şəhid anası ilə necə savaşırlar. Əniqə xanımın əri şəhid Şiraslan Kərimov könüllü olaraq Qarabağ müharibəsinə gedib döyüşəndə bəlkə də belələri haralardasa gizləniblər. İndi üzə çıxıb ailə başçısını itirmiş bir qadına güc gəlirlər.

Hələ bu davada bələdiyyə də iştirak edir. Şikayətçinin dediyinə görə vəziyyətin bu həddə çatmasının əsas səbəbkarı Mingəçevir Şəhər Bələdiyyəsinin sədri İsmayılov Anar Nadir oğludur. Bu adam vaxtilə Mingəçevir şəhər R.Mirabov adına 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləyib. Hazırda Mingəçevir Dövlət Universitetində tarix müəllimidir. Çox təəssüf ki, müəllim kimi uca daşıyan bir adam şəhid adına hörmətsizlik edərək şəhid ailəsi ilə, qadın ilə müvarizə aparır, işçilərini səfərbər Əniqə Kərimova qarşı səfərbər edir. Belə düşüncədə olan adam tələbələrə nə öyrədə bilər? Belə səviyyənin sahibi görəsən orta məktəbdə direktor olanda şagirdlərə necə örnək olub? Görün gələcəyimiz bəzən kimlərə həvalə olunur. Torpaq uğrunda həlak olan insanların ailə üzvləri ilə torpaq sahəsi üstündə dava edən bələdiyyə sədri Anar İsmayılovun, onunla eyni əqidədə olan icra başçısı İlham İsmayılovun özbaşınalığına son qoyan olacaqmı? Gərək öz həyətində iş görmək üçün hər kəs icra hakimiyyətinin, bələdiyyənin razılığını “alsın”? Bu məmurları məhkəmə hakimiyyətini niyə saymırlar? Məhkəmə qərarının icrası nə ixtiyarla ləngidilur? Axı məhkəmə qərarının icrasına məsul olan məhkəmə icraçıları da var. Onların da səssizliyi təəccüblüdür. Deməli, bunların hamısı vəzifə kürsüsünə qazanc mənbəyi kimi baxırlar. Vətəndaş məmnuniyyəti ən yaxşı halda ən axırda gəlir. Deyəsən, qanunu pozduqlarına görə cəza almış, cəzasını hələ də çəkən məmurların aqibəti İlham İsmayılov, Anar İsmayılov kimilərinə dərs olmayıb. Dərs alanda artıq gec ola bilər. (Referans.az)

Poliqon.info

Избранный
65
poliqon.info

1Источники