Misli Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salındı.
QOL.az xəbər verir ki, buna Qəbələdəki qatı dumanlı hava şəraiti səbəb olub. Qarşılaşma 23-cü dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb.
Qarışılaşmanın keçiriləcəyi tarix barədə daha sonra məlumat veriləcəyi bildirilib.