RU

Keçmiş prezidentə danışmaq da qadağan edildi Əhmədnejaddan çok hərəkət

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

İranın sabiq prezidenti Mahmud Əhmədinejad bacısının anım mərasimində jurnalistlə yaşanan qısa dialoqla yenidən gündəmə gəlib. Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, “Ensaf News” saytının müxbiri ona “Milli birliyi qorumaq üçün tövsiyəniz nədir?” sualına, Əhmədinejadın mühafizəçisi müdaxilə edərək “Müsahibə verməmək daha yaxşıdır”, – deyib.Jurnalist sualı təkrarladıqda isə Əhmədinejadın “Onun dediklərinə eşitmədiniz?!”, – cavabı müxbiri təəccübləndirib. Hadisə sosial şəbəkələrdə və yerli mediada geniş müzakirələrə səbəb olub. Uzun müddətdir mediaya açıqlama verməyən keçmiş prezidentin çıxışlarının məhdudlaşdırıldığı və ona rəsmi şəkildə müsahibə verməyin qadağan edilməsi ilə bağlı ehtimallar güclənib.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
1
www.bakupost.az

2Источники