RU

ABŞ–Ukrayna danışıqları sülh prosesində irəliləyiş gətirmədi

Ukrayna ilə ABŞ arasında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlar prosesində ərazi məsələsi ən problemli olaraq qalır.

“Cebheinfo.az” xəbər verir ki, Almaniyanın “AFR” agentliyi danışıqlardan məlumatlı olan mənbəyə istinadən belə yazır.

“Ərazi ən problemli məsələdir. Putin ərazi əldə etmədən razılaşmaq istəmir. Ona görə də onlar (amerikalılar) Ukraynanın torpaqlardan imtina etməsini təmin etmək üçün hər hansı bir variant axtarırlar”, - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, Amerika nümayəndə heyəti bu məsələ ilə bağlı Ukraynaya təzyiq göstərir və “tez, tez, tez” qərar qəbul edilməsinə çağırır. 

“Dekabrın 8-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov telefon danışıqlarının dinlənilməsi riski səbəbindən sülh planına düzəlişləri şəxsən Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edəcək” - “RBC Ukraine” belə yazır.

Bu xəbər Zelenskinin ABŞ-ın yenilənmiş sülh təkliflərini hələ nəzərdən keçirmədiyinə dair Donald Trampın iddiaları fonunda ortaya çıxıb. 

Adı açıqlanmayan mənbə ərazi məsələsinin sülh planı müzakirələrində ən çətin məsələlərdən biri olaraq qaldığını bildirib.

Избранный
69
cebheinfo.az

1Источники