GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vardenis (Basarkeçər – red.) vilayətində zabit ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyi ölüm faktını təsdiqləyib. Bununla belə bildirib ki, hadisə “hərbi xidmətlə əlaqəsi olmayan bir şəraitdə” baş verib:
“MN zabiti həlak olub” başlıqlı xəbər yayılıb və həmin materialda hərbi mövqedə çəkilmiş zabitin fotosu təqdim edilib. Reallıqda isə o, hərbi xidmət zamanı həlak olmayıb”.
Məlumata görə, zabit öz mənzilində dəm qazından ölüb.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.