RU

Ermənistan ordusunun zabiti öldü

Ermənistan Müdafiə Nazirliyinin zabiti Vardenisdə bədbəxt hadisə nəticəsində ölüb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Zabitin dəm qazından zəhərlənərək öldüyü bildirilir. Müstəntiqlər 26 yaşlı şəxsin meyitini yaşadığı evdə aşkar ediblər. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Bildirilir ki, Müdafiə Nazirliyi hadisəni nə təsdiq, nə də təkzib edib.

Избранный
48
publika.az

1Источники