RU

Azərbaycan konstitusiyası müstəqil dövlətin inkişafı üçün mühüm zəmin olub - Dmitriy Kobitski

Bakı. Trend:

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuşKonstitusiyası müstəqil dövlətin ardıcıl siyasi, sosial-iqtisadi vəmədəni inkişafı üçün mühüm zəmin olub.

Trend xəbər verirki, bu barədə bu gün MDB Parlamentlərarası Şurasının Katibliyininrəhbəri – baş katibi Dmitriy Kobitskinin salamlama müraciətindədeyilir.

Yazılı müraciət Bakıda keçirilən Azərbaycan RespublikasıKonstitusiyasının 30-illiyinə və Milli Məclisin qurulmasının 107-ciildönümünə həsr olunmuş “Heydər Əliyev- suveren Azərbaycanınkonstitusionalizminin və parlamentçiliyinin qurucusu” mövzusundabeynəlxalq konfransda MDB PA Şurası baş katibinin müavini AydınCəfərov tərəfindən oxunub.

“Tədbiri haqlı olaraq Birlik ölkələrinin nümayəndələri arasındasəmərəli müzakirə və keyfiyyətli fikir mübadiləsi üçün çoxtərəfliplatforma adlandırmaq olar. Azərbaycan Respublikasının 1995-ci ildəqəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ardıcıl siyasi,sosial-iqtisadi və mədəni inkişafı üçün mühüm zəmin olub”, – təbrikmüraciətində deyilir.

D. Kobitski konstitusiyanın 30 illiyi ilə Heydər Əliyevinşəxsiyyəti arasında ayrılmaz bağlılığın olduğunu vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Respublikasının Milli Məclisininfəaliyyəti ölkədə hüquqi sistemin formalaşdırılmasına və demokratikinkişafına, həmçinin MDB regionunda və onun hüdudlarından kənardabeynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Məqalədə:
Избранный
61
az.trend.az

1Источники