RU

Bakı metrosunun 10 ayda sərnişindaşımadan əldə etdiyi gəlir açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında aylarında "Bakı Metropoliteni" QSC sərnişin daşımalarından 91 milyon 765,7 manat gəlir əldə edib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumatda qeyd edilib ki, 9 ay ərzində isə bu rəqəm 78 milyon 871 min manat təşkil edib.

Qeyd edək ki, "Bakı Metropoliteni" 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.

Избранный
20
1
day.az

2Источники