RU

Ramiz Mehdiyevə yaxın deputatlar bu yolla istintaqa cəlb oluna bilər

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məlum olduğu kimi, uzun illər Prezident Adminstrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin ağır cinayətlərdə ittiham olunmasından sonra, onunla birgə çalışmış, ona xidmət etmiş çoxsaylı vəzifəli şəxslərin, o cümlədən Milli Məclisin deputatlarının da adı çəkilir.

İddia olunur ki, Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən Elşən Musafayev, Eldar İbrahimov, Ziyafət Əsgərov və başqaları istintaqa çağırılacaq.

Ancaq burada başqa bir məqam ortaya çıxır.

Bu da ondan ibarətdir ki, qanunvericiliyə görə, deputat toxunulmazdır.

Bəs görəsən, həmin deputatlar istintaqa hansı formada cəlb olunacaq?

Azərbaycan qanunvericiliyinə görə, deputat toxunulmazlığı iki əsas hissədən ibarətdir:

1)Şəxsi toxunulmazlıq (cinayət məsuliyyətinə cəlb olunmamaq)

Yəni deputat səlahiyyət müddətində cinayət məsuliyyətinə cəlb oluna bilməz, tutula bilməz, axtarışa məruz qala bilməz, inzibati tənbeh edilə bilməz, onun evi, ofisi, avtomobili, sənədləri, telefonları istintaq müdaxiləsindən qorunur.

2)Deputatın fəaliyyətinin toxunulmazlığı

Yəni səsvermə, çıxış və siyasi mövqeyinə görə ona cinayət işi açıla bilməz.

Bəs bu cür geniş səlahiyyətə sahib olan deputat hansı hallarda cinayət məsuliyyətinə cəlb edilə bilər?

Bunun üçün, gərək ki, deputat cinayət başında yaxalansın.

Qanuna görə, deputat yalnız cinayət başında yaxalanarsa, dərhal tutulub istintaqa cəlb edilə bilər.

Amma əsl sual budur ki, deputat “cinayət başında” necə yaxalana bilər?

Real olaraq üç variant mümkündür:

1)Hüquq-mühafizə orqanları əməliyyat çəkilişində deputatın birbaşa cinayət əməlini icra etdiyini qeydə alırsa. (Məsələn, rüşvəti şəxsən alması, sənədi şəxsən imzalaması və s.)

2)Cinayət əməli real zaman kəsiyində baş verirsə və sübutlar dərhal toplanırsa.

3)Cinayət faktının gizlədilməsi mümkün olmayan situasiya yaranırsa.

Yəni şərait o qədər açıqdır ki, deputatın müdafiə imkanı yoxdur.

Bəs Ramiz Mehdiyev işində adıçəkilən deputatlar hansı hallarla qarşılaşa bilərlər?

Praktikada deputatların “cinayət başında” yaxalanması çox nadir hal olduğu məlumdur.

Digər tərəfdən, əgər deputat barəsində yetərli sübutlar varsa, proses belə gedir:

Baş Prokurorluq deputatın cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimat hazırlayır və Milli Məclisə göndərilir. Milli Məclisin hüquq komitəsi və plenar iclasda məsələ müzakirə olunur. Deputatın toxunulmazlığı səsvermə ilə ləğv edilir. Bundan sonra istintaq, axtarış, həbs və digər prosessual hərəkətlər həyata keçirilə bilər.

Göründüyü kimi, bu prosesdə bir qədər uzundur və daha çox teori kimi görsənir.

Belə olduğu halda, Ramiz Mehdiyev işində adıçəkilən deputatların aqibətlərinin necə olacağı da hələlik sual altındadır.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
icma.az

1Источники