RU

"Turan-Tovuz"a "Qəbələ" ilə matçda kömək edə bilməyəcək legionerlərin adları bəlli oldu

Misli Premyer Liqasının (MPL) 15-ci turu çərçivəsində "Qəbələ"nin qonağı olacaq "Turan Tovuz"un oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.

Bu barədə Fanat.Az-a "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev məlumat verib:

"İki futbolçu zədə səbəbindən oyunu kənardan izləyəcək. Bunlar David Tavareş və İbrahima Vadjidir".

Qeyd edək ki, "Qəbələ" - "Turan Tovuz" görüşü bu gün keçiriləcək. Matçın start fiti 17:00-da səsləndiriləcək. Hazırda 24 xalı olan qərb təmsilçisi MPL-in turnir cədvəlində 4-cü, 8 xala malik Qəbələ komandası isə 10-cu pillədə mövqe tutub.

Nihat 

Избранный
52
1
fanat.az

2Источники