RU

Luvrda su boruları partladı: Kitablara ciddi ziyan dəydi

Luvrda
Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyinin köhnəlmiş borularında baş verən su sızması nəticəsində Misir antik əşyaları bölməsindəki təxminən 400 nadir kitab zədələnib. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Luvr Muzeyinin baş direktorunun müavini Frensis Ştaynbok sızmanın Misir antik əşyaları bölməsinin kitabxanasında yerləşən üç otaqdan birinə təsir etdiyini bildirib. Onun sözlərinə görə, həmin otaqda 300–400 arası kitab var və hazırda yoxlamalar davam etdirilir.
Ştaynbok, zədələnən kitabların dəyərli nəşrlər olmadığını iddia edərək, su təchizatı sistemindəki problemlərin illərdir mövcud olduğunu deyib. O əlavə edib ki, təmir və bərpa işlərinin 2026-cı ilin sentyabrında aparılması planlaşdırılır.

Qeyd edək ki, hər gün minlərlə ziyarətçi qəbul edən və təxminən 35 min eksponatın sərgiləndiyi Luvr Muzeyində 19 oktyabrda soyğun törədilib. Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.

Избранный
24
1news.az

1Источники