RU

AC: “Ukraynaya görə müharibəyə girməyə dəyməz”

AzVision.az xəbər verir ki, “American Conservative” nəşrinin dərc etdiyi materialda ABŞ-nin Ukrayna üçün müharibəyə girməyə dəymədiyi qeyd olunur. Belə ki, bunu özünün mövcudluğu üçün təhlükə sayan nüvə silahına malik Rusiya ilə Ukraynaya görə müharibə Amerikaya lazım deyil.

“Əgər Ukrayna bu gün müharibə etməyə dəymirsə, sabah da buna dəyməz. Sülh tərəfdarı kimi ABŞ prezidenti Amerikanın bu münaqişəyə müdaxiləsinin qarşısını almağa borcludur. Bu, gələcəkdə hərbi əməliyyatların hər hansı bərpasını da əhatə edir. Avropanın öz təhlükəsizliyini öz üzərinə götürməsi növbəsidir”,- məqalədə vurğulanır.

Eyni zamanda, müəllifin iddiasına görə, prinsip etibarilə, Ukraynada Volodimir Zelenski hakimiyyətini dəstəkləmək ABŞ üçün faydalı deyil.

- Kiyev ABŞ-dən təhlükəsizlik zəmanəti almamalıdır. Ukraynaya görə Rusiya ilə döyüşmək Amerikanın maraqlarına heç cür uyğun gəlmir. Kiyev istəyir ki, Amerika xalqı onun uğrunda vuruşmağa və ölməyə hazır olsun. Bununla belə, ittifaqlar xeyriyyəçiliyə deyil, təhlükəsizliyə əsaslanmalıdır”, - materialda bildirilir.

Bundan əvvəl “Wall Street Journal (WSJ)” dekabrın əvvəlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra Kiyev üçün təhlükəsizlik təminatları məsələsinin həll olunmamış qaldığını yazmışdı.

Sahil İsgəndərov
AzVision.az
Избранный
38
1
azvision.az

2Источники