RU

Ramos “Monterrey”dən ayrıldı

Qol.az saytına istinadən ain.az xəbər verir.

Ramos “Monterrey”dən ayrıldı

Məşhur futbolçu Serxio Ramos “Monterrey”dən ayılıb.

QOL.az xəbər verir ki, bu barədə 39 yaşlı müdafiəçi öz sosial şəbəkə hesablarında paylaşım edib.

O, “Toluka”ya 2:3 hesabı ilə uduzduqları matçın onun üçün sonuncu oyun olduğunu bildirib. “Bu, mənim Meksikadakı son oyunum idi. Məyusuq, amma vicdanımız rahatdır. Meydanda əlimizdən gələni etdik. Dərs çıxarmalı, yenidən ayağa qalxmalı və bunun futbolun bir hissəsi olduğunu qəbul etməliyik. Ən böyük ağrı azarkeşlərə daha bir final bəxş edə bilməməyimdir. Onlar qələbəyə layiq idilər. Dəstəyə görə hamıya təşəkkür edirəm. İrəli, "Monterrey"!”.

Qeyd edək ki, cavab görüşündə “Monterrey”in 2:3 hesablı məğlubiyyəti və ilk oyundakı 1:0 hesablı minimal üstünlük komandanı növbəti mərhələyə daşımağa kifayət etməyib. Daha yüksək mövqedə olduğu üçün Meksikanın hazırkı çempionu “Toluka” finala adlayıb və helledici matçda “Tiqres”lə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
3
qol.az

4Источники