RU

Əkrəm Həsənov: “Azərbaycanda iqtisadiyyat və hüquq üzrə heç vaxt alim olmayıb, nə Nobel mükafatı?”

“Hələ bir elm olsun ki, "Nobel"ə gedib çıxaq. Azərbaycanda iqtisadiyyat boşdur. Elm yoxdur. Xarici ölkələrdə necədir? Gərək, elmi əsərlərin ola. Elmi əsər var ki, üzə çıxaraq? Bizdə elə-belədir... Heç kimin xətrinə dəymək istəmirəm, Azərbaycanda humanitar sahə üzrə bu dəqiqə alim yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

 

“İqtisadiyyat, hüquq, tarix, filologiya, politologiya, sosiologiya - fərq etməz. Bizdə alim yoxdur. Nə "Nobel” mükafatı? “Nobel” pikdir, alimlər üçün ən yüksək həddir. Fəlsəfə doktoru, elmlər doktoru dissertasiyaları... Hamısı fiksadır. Ölkəmizdə heç bir elmi nailiyyət yoxdur. Hanı elmi kitablar? İqtisadi sahədə heç olmasa Azərbaycana həsr olunmuş ağıllı-başlı bir elmi əsər var? Dəqiq elmlər sahəsində ola bilər, hansısa alimlər qalıb. Bizdə iqtisadiyyat və hüquq üzrə, ümumiyyətlə, heç vaxt alim olmayıb. Əvvəllər tarixdən Fəridə Məmmədova, Ziya Bünyadov, İqrar Əliyev kimi alimlər olub. Allah rəhmət eləsin. İndi tarix və filologiya tam siyasiləşib” – o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 8 Dekabr 2025, 12:27   
Избранный
61
pravda.az

1Источники