RU

Pentaqon F/A-XX proqramı üçün podratçının seçilməsi tenderini təxirə salıb

Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələri üçün F/A-XX qırıcı proqramının gecikdirilməsini rəsmən təsdiqləyib.

Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.

ABŞ Müdafiə Nazirliyindəki mənbələr Aviation Week həftəsindən jurnalistlərə bildiriblər ki, Pentaqon, müdafiə sənayesi bazasının vəziyyətini altıncı nəsil iki proqramın konkurs və seriyalı istehsalını eyni vaxtda dəstəkləmək qabiliyyətini müəyyən etmək üçün qiymətləndirir: Hərbi Dəniz Qüvvələri üçün F/A-XX və Hərbi Hava Qüvvələri üçün F-47 (NGAD). Bu səbəbdən F/A-XX proqramı təxirə salınıb.

Bununla belə, Pentaqon F/A-XX proqramından tam imtina etməyib. Yeni təyyarə 2030-cu illərdə F/A-18E/F Super Hornet-i əvəz etmək və ABŞ Hərbi Dəniz Qüvvələrinə Hind-Sakit okean regionunda üstünlük vermək üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ

Избранный
49
herbiand.az

1Источники