RU

Dünya bazarında neft bahalaşır

Neft qiymətləri əvvəlki sessiyada bahalaşdıqdan sonra bazar ertəsi səhər qalxır.

Banco.az xəbər verir ki,Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti ​​əvvəlki bağlanışdan 0,07 dollar (0,11%) artaraq 63,82 dollar/barel təşkil edib.

Cümə günü bu müqavilələr bir barel üçün 0,49 dollar (0,8%) artaraq 63,75 dollar olub.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin yanvar fyuçersləri də 0,07 dollar (0,12%) bahalaşaraq 60,15 dollar/barelə çatıb. Əvvəlki sessiyada bu müqavilələr bir barel üçün 0,41 dollar (0,7%) artaraq 60,08 dollar olub.

Bazar əhval-ruhiyyəsi ABŞ Federal Ehtiyat Sisteminin dekabrın 9-10-da keçiriləcək iclasında əsas faiz dərəcəsini aşağı salacağı ilə bağlı gözləntilərlə dəstəklənir.

Treyderlər ABŞ mərkəzi bankının belə bir qərar vermə ehtimalını 87% qiymətləndirirlər.

Faizlərin azaldılması adətən enerji tələbatını artıran iqtisadi artımı stimullaşdırır.

Избранный
87
banco.az

1Источники