Azertag saytına istinadən ain.az xəbər verir.
Vaşinqton, 8 dekabr, AZƏRTAC
Ukrayna Prezidenti Zelenskinin hələ də təklifi oxumamasından bir az məyus oldum.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, sülh təklifi ilə bağlı ABŞ Prezident Putin və Ukrayna tərəfi, o cümlədən Prezident Zelenski ilə danışıb.
“Ukrayna xalqı təklifi bəyənir. Rusiya da bununla razıdır. Lakin Zelenskinin bununla razı olduğundan əmin deyiləm. O, təklifi hələ oxumayıb”, -deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.