RU

Bir gecədə vurulan Ukrayna pilotsuz təyyarələrinin sayı açıqlanıb

Ötən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Rusiyanın regionları üzərində Ukraynaya məxsus 67 pilotsuz təyyarəni vurub...

Poliqon bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Ötən gecə hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 67 sabit qanadlı pilotsuz uçuş aparatını məhv edib”, nazirliyin bəyanatında deyilir.

Ən çox pilotsuz təyyarə Bryansk vilayətində vuruldu - 24 təyyarə. Saratov vilayəti üzərində 12, Rostov vilayəti üzərində isə 11 pilotsuz təyyarə məhv edilib.

Poliqon.info

Избранный
56
19
poliqon.info

10Источники