RU

Göygöldə aşan "Niva" da xəsarət alanların kimliyi AÇIQLANDI

Göygöldə "Niva" markalı avtomobilin aşması zamanı ölümlə nəticələnən ağır yol qəzasında xəsarət alanların kimliyi müəyyənləşib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun  Toğanalı-Kəlbəcər magistral yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1988-ci il təvəllüdlü M. Məmmədov, 1991-ci il təvəllüdlü Ş. Abbasov və 1985-ci il təvəllüdlü N. Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyətləri nəzərə alınaraq Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya köçürülüblər.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, dünən "Niva" markalı avtomobilin aşması zamanı bir nəfər, 1983-cü il təvəllüdlü  Kaplanov Vəhəddin Fikrət oğlu hadisə yerində dünyasını dəyişib.  Hadisə zamanı avtomobiı deformasiyaya uğrayıb, qəza yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb olunub.  Onların köməkliyi ilə  avtomobildə sıxılmış vəziyyətdə qalan mərhumun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu 

Избранный
90
bizim.media

1Источники