RU

Çin XİN: Yaponiya ölkəmizin təhlükəsizliyinə təhdid yaradır və faktları təhrif edir...

Pekin Tokioya hərbi təlimlərə mane olmamağı və “dezinformasiya kampaniyasını” dayandırmağı tələb edir…

Çin Xarici İşlər Nazirliyi Yaponiyanı Pekinin planlı hərbi təlimlərinə müdaxiləni dərhal dayandırmağa və “dezinformasiya ilə manipulyasiya”dan əl çəkməyə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə nazirliyin bəyanatı Yaponiyanın müdafiə naziri Sindzиро Koidzuminin son açıqlamalarına cavab olaraq yayılıb.

“Sinxua” Agentliyinin məlumatına görə, Koidzumi təcili mətbuat konfransında bildirib ki, dekabrın 6-da Çin Donanmasının “Lyaonin” aviadaşıyıcısından havaya qalxan J-15 qırıcıları Okinava yaxınlığında Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus F-15 təyyarələrini iki dəfə radar hədəfinə götürüb. O, bu addımı “təhlükəli” və “hava məkanında təhlükəsiz istismar prinsiplərini pozan” davranış kimi qiymətləndirib. Kyodo-nun məlumatına görə, yapon qırıcıları çinli pilotları təhlükəsiz məsafədən izləyib və provokasiyaya əl atmayıb.

Çin XİN bildirib ki, Tokio guya “radiolokasiya hədəfəalma” iddialarını şişirdir, faktları təhrif edir və günahı Çin tərəfinin üzərinə atmağa çalışır. Nazirlik bunu gərginliyi artırmaq və beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönləndirmək cəhdi kimi qiymətləndirib.

Bundan əvvəl Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin rəsmisi Van Syuəmen açıqlamışdı ki, Yaponiya Özünümüdafiə Qüvvələrinin təyyarələri Miyako boğazının şərqində yerləşən akvatoriya və hava məkanına yaxınlaşaraq, “Lyaonin” aviadaşıyıcısının rəhbərlik etdiyi aviaqrupun planlı təlim uçuşlarını müşahidə ediblər. O qeyd edib ki, təlimlərin keçiriləcəyi zona Çin tərəfindən əvvəlcədən elan olunmuşdu.

Poliqon.info

Избранный
20
poliqon.info

1Источники