RU

Silvestr Stallone Trampı Corc Vaşinqtonla müqayisə edib

Hollivud ulduzu ABŞ prezidentini “tarixi fiqur” adlandırıb…

Poliqon xəbər verir ki, amerikalı aktyor Silvestr Stallone ABŞ Prezidenti Donald Trampı ölkənin ilk prezidenti Corc Vaşinqtonla müqayisə edib. O, bu fikri Kennedi İncəsənət Mərkəzinin mükafatlandırma mərasimində səsləndirib. Bir gün əvvəl Donald Tramp Stalloneyə Kennedi Mərkəzinin 2025-ci il mükafatını təqdim etmişdi.

CBS News telekanalının məlumatına görə, jurnalistlər Stallonedən Trampın “ikinci Corc Vaşinqton” olub-olmadığını soruşduqda aktyor bunu təsdiq edərək “Bəli, belə hesab edirəm”,  deyə cavab verib. O həmçinin bildirib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens “şübhəsiz” prezidentlik üçün layiqli varis ola bilər.

7 dekabrda Donald Tramp Ağ Evin Oval kabinetində Stalloneyə Kennedi Mərkəzinin nüfuzlu mükafatını təqdim edib. Həmin mükafat ABŞ mədəniyyətinin inkişafına töhfə verən şəxslərə verilir. Bu il mükafata Stalloneyə əlavə olaraq məşhur ifaçı Qloriya Qeynor, kantri ulduzu Corc Streyt, rok qrupu Kiss və aktyor Maykl Kroford da layiq görülüb.

Poliqon.info

Избранный
54
poliqon.info

1Источники