RU

Marketlərdə “qara çörək” TƏLƏSİ: Çovdar unu əvəzinə görün nədən istifadə olunur

Bəzi insanlar buğda unundan hazırlanan "ağ çörəyi" yox, çovdar unundan hazırlanan "qara çörəyi" yeməyi üstün tuturlar. Səbəb isə budur ki, çovdar çörəyi aclıq hissini yatırır, insanı daha çox doyurur, həmçinin həzm və şəkər sistemi üçün də daha faydalı hesab olunur. Ancaq marketlərdə satılan çovdar çörəyinin tərkibinə şübhəylə yanaşanlar da var.

Bəziləri deyir ki, bu çörəyin rənginin qara, qəhvəyi olmasının səbəbi çovdar unu yox, qida rəngi kimi əlavə qatqılardır.

Publika.az xəbər verir ki, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bu iddiları təsdiqləyib və bildirib ki, çovdar çörəyi satılan çörəklərin heç də hamısı çovdar unundan deyil.

"Təmiz çovdar unundan hazırlanan çörəklər tərkibinin zənginliyinə, rənginə, dadına, çəkisinə və qiymətinə görə digər çörəklərdən fərqlənməlidir. Bəzən alıcılar marketlərdə satılan qara çörəkləri çovdar unundan hazırlanmış çörəklə qarışdırırlar. Ancaq bu, belə deyil. O çörəklər bir çox halda çovdar unundan yox, buğda unundan, rəngləndiricilərdən, dadlandırıcılardan, qida qatqı maddələrindən istifadə olunaraq hazırlanır".

Bəs alıcılar bunu necə ayırmalıdır?

Избранный
67
11
publika.az

10Источники