Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.
"Unikal" Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.
Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib.
Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.