Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Son iki gündə Özbəkistanın şərqindəki Namanqan və Fərqanə bölgələrində 3,0 bal gücündə üç dəfə zəlzələ olub.
Reyting.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
NazirliyinTelegram kanalında dərc olunmuş açıqlamada deyilir ki, Namanqan və Fərqanə bölgələrində saat 16:31-də zəlzələ baş verib. Zəlzələlər Rixter şkalası üzrə təxminən 2,0-3,0 bal gücündə olub. Tələfat qeydə alınmayıb.
Zəlzələnin episentri Daşkənddən 135 kilometr cənub-şərqdə, Namanqan bölgəsinin Pap rayonunda olub.
Şənbə günü eyni yerdə iki təkan qeydə alınıb: yerli vaxtla saat 02:04-də və saat 18:19-da, hər ikisi 3 bal gücündə olub. Dağıntı və ya xəsarət alanlar barədə də məlumat verilməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.