RU

"Birinci hissə keyfiyyət xarakteri daşıyırdı" - "Şamaxı"nın məşqçisi

"Şamaxı"nın məşqçisi Elnur Çovdarov Misli Premyer Liqasının 14-cü turunda "Karvan-Yevlax”a səfərdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, cəzalı baş məşqçi Ayxan Abbasovu əvəzləyən mütəxəssis matçı belə dəyərləndirib.

"Maraqlı oyun alındı. Birinci hissə daha çox keyfiyyət xarakteri daşıyırdı. Füzuli Məmmədovu yeni təyin ediblər. İki oyunlarına baxmışdıq, təhlil etmişdik. "Qarabağ"la tam fərqli oynamışdılar. Gözləyirdik ki, bizə qarşı tam fərqli oyun olacaqlar. İkinci hissədə sürəti artırdıq. Daha çox irəlidə aqressivliyi, intensivliyi artırıb istədiyimizə nail olduq. Debüt edən oyunçumuz var. Bu mənada Davud Mənsumovu təbrik edirik. Bir də qeyd etməli məqam odur ki, matçın sonlarında meydanda 6 yerli oyunçumuz var idi".

Избранный
14
1
fanat.az

2Источники