"Liverpul"un əfsanəvi keçmiş futbolçusu Stiven Cerrard baş məşqçisi Arne Slotun yerinə namizədlər arasındadır.
Fanat.Az xəbər verir ki, informasiyanı "İndykaila News" yayıb.
Mənbənin məlumatına görə, Cerrard tezliklə istefaya göndəriləcək niderlandlının yerinə müvəqqəti baş məşqçi vəzifəsinə təyin olunacaq. "Qarabağ"ın daha bir rəqibi "Ayaks"da çalışmış Con Heytinqa da müvəqqəti rol üçün nəzərdə tutulub.
Şənbə günü "Liverpul" son dəqiqələrdə qol buraxaraq "Lids"lə 3:3 hesablı heç-heçə edib.
Stiven Cerrard yanvar ayında Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubundan ayrıldıqdan sonra işsizdir.
Qeyd edək ki, növbəti iki oyununu Bakıda "Ayaks" və "Ayntraxt"a qarşı keçirəcək Qurban Qurbanovun baş məşqçisi olduğu təmsilçimiz son matçında İngiltərədə "Liverpul"la üz-üzə gələcək.