RU

Qazaxıstan və Qırğızıstan prezidentləri telefonla danışıb

BAKI, 6 dekabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Prezidentlər bildiriblər ki, ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir. Kasım-Jomart Tokayevin avqustun 21-22-də Qırğızıstana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların icrası da müzakirə olunub.

Qazaxıstan dövlət başçısı iki ölkə arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ruhunda çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə Qırğızıstan Prezidentinin mühüm töhfəsini yüksək qiymətləndirdiyini söyləyib.

Избранный
173
1
teleqraf.com

2Источники