RU

30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...

Ajans.az xəbər verir ki, bu sözləri uzun müddət AXCP sıralarında olan, AXCP sədrliyinə namizədliyini verən və bu iddiasına görə də partiyadan uzaqlaşdırılan Sahib Kərimli qeyd edib. O bildirib ki, “məhkəməyə 30 adam gələ bilirsə, şəkil çəkdirə bilirsə, 30 min də gələ bilər” iddiası gülüncdür: “Bu boyda qondarma status və imkanlarla, bu necə liderlikdi ki, 30 il sədri olduğun partiyada sənin üçün özünü fəda etməyə 30 adam yoxdur? Hanı emosiyalarına hakim ola bilməyib ağlayan fanatların? Hanı həbsdə səni qorumaq üçün qəsdən həbsə düşən aşiqlərin?

O boyda təşkilatı və ideyanı xərcləyib, otuz ilin hər bir ilinə cəmi bir nəfər məhkəmədə şəkil çəkdirməyə kadr yetişdirən partiya sədrini ölməyə qoymamaq üçün, onu həbs etmək son çarədir”.

Избранный
4
2
Ajans.az

3Источники