RU

Könüllülük gənclərin həyat tərzinə çevrilmiş ən dəyərli sosial hərəkatlardan biridir

Bakı, 6 dekabr, AZƏRTAC

Könüllülük bu gün Azərbaycanda geniş yayılmış və gənclərimizin həyat tərzinə çevrilmiş ən dəyərli sosial hərəkatlardan biridir. Dövlət səviyyəsində göstərilən dəstək nəticəsində ölkəmizdə könüllülük sistemi formalaşmış, gənclərin sosial, humanitar və mədəni layihələrdə fəal iştirakı üçün geniş imkanlar yaranın.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Hüseyn Hüseynov AZƏRTAC-a açıqlamasında söyləyib.

H.Hüseynov bildirilib ki, Mərkəzi Elmi Kitabxana da bu ümummilli hərəkatın fəal iştirakçılarından biridir: “Kitabxana məkanında ilk dəfə olaraq Mərkəzi Elmi Kitabxanada “MEK könüllüləri” proqramı istifadəyə verilib. Qısa müddətdə bu proqram kitabxana işi sahəsində real təcrübə qazandıran, gəncləri peşəkar kitabxanaçı kimi formalaşdıran mühüm platformaya çevrilib”.

Onun sözlərinə görə, fəaliyyətə başladıqları ilk gündən etibarən nümayiş etdirdikləri məsuliyyət, intizam, təşəbbüskarlıq və nümunəvi davranış MEK kollektivinin hər bir üzvü tərəfindən yüksək qiymətləndirilir: “Kitabxanamızın 100 illik yubileyinə təsadüf edən bu dövrdə göstərdikləri xidmət yalnız iş yükünün bölüşdürülməsi ilə məhdudlaşmır – onlar MEK-in modern, açıq və gənclər-orientasiyalı imicinin formalaşmasına mühüm töhfə verir. Könüllərin iştirakı sayəsində kitabxanada maraqlı, sosial yönümlü və genişmiqyaslı layihələr, eləcə də müxtəlif tədbirlər uğurla həyata keçirilib”.

“Artıq üçüncü çağırışı həyata keçirilən proqram çərçivəsində könüllülərimiz kitabxana işinin müxtəlif istiqamətlərinə cəlb olunaraq praktiki bilik və bacarıqlar əldə edir, kitabxananın fəaliyyət səmərəliliyinin artırılmasına yaxından dəstək verirlər. Bu, həm kitabxanaya və oxuculara göstərilən diqqətin nümunəsidir, həm də gənclərin bu sahəyə marağının artmasına böyük töhfədir. MEK-in gənclərlə əməkdaşlığa verdiyi xüsusi önəm sayəsində rəqəmsallaşma prosesindən tutmuş sosial layihələrə qədər bir çox işlər onların fəal iştirakı ilə daha dinamik şəkildə həyata keçirilir”, - deyə H.Hüseynov qeyd edib.

Избранный
40
azertag.az

1Источники