RU

Dünya üzrə 4,6 milyard insan hələ də əsas səhiyyə xidmətlərindən məhrumdur – ÜST

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankının birgəhazırladığı yeni hesabatda dünya əhalisinin böyük bir hissəsininhələ də əsas səhiyyə xidmətlərinə çıxışının olmadığıbildirilir.

Trend xəbərverir ki, bu barədə ÜST məlumat yayıb.

Hesabata əsasən, 2000-ci ildən bu yana əksər ölkələr səhiyyəxidmətlərinin əhatə dairəsini genişləndirmək və sağlamlıq xərcləriilə bağlı maliyyə çətinliklərini azaltmaq istiqamətində müəyyənirəliləyiş əldə edib. Bu iki göstərici universal səhiyyətəminatının (Universal Health Coverage – UHC) əsasını təşkil edir.UHC-nin məqsədi 2030-cu ilə qədər hər kəsin ehtiyac duyduğu tibbixidmətlərə maliyyə çətinliyi yaşamadan çıxışını təmin etməkdir.

“UHC Qlobal Monitorinq Hesabatı 2025”ə görə, Xidmət Əhatəİndeksi (SCI) ilə ölçülən səhiyyə xidmətlərinin əhatə səviyyəsi2000–2023-cü illər ərzində 54-dən 71-ə yüksəlib.

Bununla belə, hesabatda qeyd olunur ki, dünyada ən yoxsultəbəqəyə aid olan təxminən 1,6 milyard insan səhiyyə xərclərisəbəbindən daha da yoxsullaşır. Ümumilikdə isə dünya üzrə 4,6milyard insan hələ də əsas səhiyyə xidmətlərindən məhrumdur.

Eyni zamanda, 2,1 milyard insan səhiyyə xidmətlərindən istifadəüçün maliyyə çətinlikləri yaşayır.

Избранный
44
2
az.trend.az

3Источники