RU

Rəqsanə ev dustağı olduğu halda efirə necə çıxıb? - Özü açıqladı

Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılovanın canlı yayıma qatılması sosial şəbəkədə müzakirələrə səbəb olub.

Day.Az xəbər verir ki, ifaçı "Tarixin bir günü" proqramında məsələyə münasibət bildirib.

Rəqsanə sosial şəbəkədə yazılan suallara "Mənə qoyulan qaydanın saatı, dəqiqəsi var. Toylara gedə biləcəyəm, amma bəlli saatda" cavabını verib.

Qeyd edək ki, R. İsmayılova bu ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.

Noyabrın 19-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Избранный
86
5
day.az

8Источники