RU

“Gürcüstanın gömrükdə yaratdığı bu problem quru sərhədləri açmadığımıza görədir” İlqar Məmmədov

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Son zamanlar Gürcüstandan Azərbaycana gələn yük maşınlarının bu ölkənin gömrük- sərhəd buraxılış məntəqələrində süni əngəllərlə qarşılaşması adi hal alıb.

Azərbaycan Dövlət Televiziyası da daxil olmaqla bir sıra media qurumlarında məsələ ilə bağlı geniş xəbərlər yayımlayıb.

Gununsesi.info xəbər verir ki, REAL Partiyasının keçmiş sədri İlqar Məmmədov bu məsələnin kökündə Azərbaycan hökumətinin quru sərhədlərini bağlı saxlamasının durduğunu deyib:

“Gürcüstan gördü ki, Azərbaycan xalqı özü öz quru sərhədlərini 5 ildir açdıra bilmir, başladı hər cür iqtisadi əngəllər yaratmağa ki, bəlkə Azərbaycan hökuməti bu əngəllərdən yorulub nəhayət sərhədi aça.

Bir neçə həftədir gürcü gömrükçüləri bura gəlib-gedən yük maşınlarını bərk ləngidir. İndi isə, təzə bir alət də tapdılar.

Məlumatlara əsasən, Bakı İrəvana dəmir yolu ilə yanacaq satmaq istəyir deyə, gürcülər bunun öz ərazisindən keçmə qiymətini normal qiymətdən 20-30 dəfə yüksək səviyyədə təyin etdi. Bakı çox narazıdır”.

İlqar Məmmədov əlavə edib ki, qapalı sərhədlər heç bir xoş qonşuluq adətinə uyğun gəlmir:

“Biz bu adətləri pozuruq. Üstəgəl, Gürcüstan iqtisadiyyatı buna görə xeyli itkilərə məruz qalır. Ona görə gürcülər hərəkətə başlayıb.

Tbilisi biraz da dirənsə, Azərbaycan vətəndaşlarının insan kimi gəzə-gəzə sərhədləri keçmək azadlığı bəlkə də bərpa olundu”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
icma.az

1Источники