RU

BTC Qazaxıstan üçün alternativ neft tədarükü marşrutu ola bilər

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qazaxıstan Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Rusiyadakı infrastrukturuna PUA hücumundan sonra bütün mümkün neft ixrac variantlarını araşdırır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.

"Qazaxıstanın Energetika Nazirliyi hazırda hasilatçı şirkətlərlə birlikdə neft həcmlərinin yenidən bölüşdürülməsi üzərində işləyir. Alternativ ixrac marşrutlarından istifadə gücləndirilib.

Bütün mümkün nəqliyyat variantları araşdırılır və həyata keçirilir. Logistika qəbul edən ölkələrin mövcud texniki imkanları əsasında çevik şəkildə tənzimlənir”, - nazirlikdən bildiriblər.

Noyabrın 29-da Ukrayna PUA-ları Xəzər Boru Kəməri Konsorsiumunun Krasnodar diyarındakı dəniz terminalında bir nöqtəli yanalmalardan birinə hücum edib. Qazaxıstan beynəlxalq enerji təhlükəsizliyi infrastrukturunun bir hissəsi olan obyektlərə hücumların qəbuledilməz olduğunu bəyan edib. Energetika Nazirliyi bildirib ki, mənfi nəticələrin minimuma endirilməsi və hasilat templərinin saxlanılması məqsədilə neft ixracı həcmlərinin alternativ marşrutlara yönəldilməsi planı işə salınıb.

Noyabrın 30-da Qazaxıstan Xarici İşlər Nazirliyi konsorsiumun infrastrukturuna hücuma etiraz edərək, bunu mülki obyektə qarşı təcavüz aktı adlandırıb və bunu Astananın Kiyevlə münasibətlərinə xələl gətirən kimi qiymətləndirdiyini vurğulayıb. Ukrayna Xarici İşlər Nazirliyi daha sonra bildirib ki, Qazaxıstanın CPC infrastrukturu ilə bağlı narahatlığını nəzərə alıb.

Bakı-Tbilisi-Ceyhan boru kəməri Qazaxıstan üçün alternativ neft tədarükü marşrutu ola bilər, lakin onun yüklənməsi Xəzər dənizindən tankerlərin daşınmasını tələb edir. 2024-cü ildə bu kəmərlə tranzit 1,5 milyon ton neft təşkil edib və Astana tədarükləri artırmaq niyyətində olduğunu bəyan edib.

2024-cü ildə CPC daşımaları 63 milyon ton təşkil edib ki, bunun da 70%-dən çoxu Qazaxıstanda neft hasil edən xarici yükgöndərənlərin payına düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
5
yenisabah.az

7Источники