RU

“İşçinin biri yanırdı, mən söndürdüm...” Video

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Qazdan partlayış baş verdi. Hadisənin şahidi oldum, 3 nəfər yandı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında paytaxtın Binəqədi rayonunda kafedə baş vermiş yanğının hadisə şahidlərindən biri bildirib.

“Yananlardan birinə kömək elədim. Təcili tibbi yardım gəlib apardı. İşçinin biri yanırdı, mən söndürdüm”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektlərin birində partlayış baş verib. Nəticədə 3 kişi bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
50
5
qafqazinfo.az

6Источники