RU

Baş məşqçi Messinin DÇ-2026-da olub-olmayacağı ilə bağlı sualı cavablandırdı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın superulduzu Lionel Messinin DÇ-2026-da olub-olmayacağı barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış jurnalist Canluka Di Martsio şəxsi saytı vasitəsi ilə belə çatdırıb:

"DÇ-də iştirak edib-etməyəcəyinə Messi özü qərar verəcək. Biz istənilən halda, onun qərarına hörmətlə yanaşacağıq. Ümid edirik ki, o, özü və milli üçün ən doğru olanı edəcək. Hazırda hər şey qaydasındadır, amma qarşıda uzun zaman - 6 ay var".

Qeyd edək ki, son mundialın qalibi olan Argentina yığması Avstriya, Əlcəzair və İordaniya ilə birlikdə J qrupunda mübarizə aparacaq.

Nihat

Избранный
17
1
fanat.az

2Источники