“Tottenhem”in sahibi olan Lyuis ailəsi klubun stadionunun ad hüquqlarını satmaq istədiyini açıq şəkildə bildirib.
Publika.az xəbər verir ki, 2019-cu ildə açıldığından bəri 62 850 nəfərlik arena sadəcə “Tottenham Hotspur Stadium” adı ilə tanınır.
Keçmiş sədr Daniel Levi bu məsələ üzrə uyğun tərəfdaş tapa bilməmişdi və indi bu işi Lyuis ailəsinin təyin etdiyi yeni şəxs həyata keçirəcək.
Yanvar ayında Aleks Skotçer “Tottenhem”in kommersiya direktoru vəzifəsinə başlayacaq və onun əsas vəzifəsi stadion üçün ad sponsoru tapmaq olacaq.