ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
FIFA-nın sabiq prezidenti Yozef Blatter Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun diskvalifikasiya müddətinin azaldılması barədə FIFA-nın qərarını sərt şəkildə tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, eks-prezident bu barədə “The Telegraph”a verdiyi müsahibədə danışıb.
O, FIFA-nın qərarını belə şərh edib:
“Bu, yolverilməz bir prinsipdir. İntizam məsələlərinə məhkəmə prosesi kimi baxılmalıdır. Yekun qərar prezidentin qərarına əsaslanaraq verilməməlidir. Mən bunun səhv olduğunu deməməliyəm, amma çoxları bunun səhv qərar olduğunu başa düşür”.
Qeyd edək ki, Ronaldonun noyabrın ortalarında İrlandiyaya qarşı DÇ-2026-nın seçmə oyununda (0:2) qırmızı vərəqə alması uzunmüddətli cəza təhlükəsi yaradıb. FIFA-nın İntizam Nizamnaməsi “ciddi pozuntuya görə” ən azı iki oyunluq uzaqlaşdırma tələb edir. Buna görə də Ronaldunun Dünya Çempionatının startını buraxmaq ehtimalı var.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.