RU

Sabunçuda kafedə normativ tələblərin pozulduğu müəyyən edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakının Sabunçu rayonu, Bakıxanov şəhərtipli qəsəbə, X.Xasməmmədov küçəsi, ev 15 ünvanında fiziki şəxs Bağırov Seymur Elşən oğluna məxsus “Məhəllə 1” kafesində aparılmış yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, xammallar üçün anbar sahəsinin təşkil edilmədiyi, mətbəxdə tavandan izolyasiya edilməmiş kanalizasiya borusunun keçdiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

Избранный
132
4
yeniazerbaycan.com

10Источники