RU

ABŞ Prezidenti Donald Tramp FIFA Sülh mükafatı ilə təltif olunub (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən 2026 FIFADünya Kubokunun püşkatma mərasimi çərçivəsində 2025-ci il FIFA Sülhmükafatına layiq görülüb.

Trend xəbər verirki, mükafatı Trampa FIFA prezidenti Canni İnfantino təqdimedib.

Təqdimat zamanı nümayiş etdirilən videoçarxda Trampın müxtəlifmünaqişələrin həllinə verdiyi töhfələrlə yanaşı, ErmənistanlaAzərbaycan arasında sülhün təşviqi istiqamətində gördüyü işlər vəmüvafiq sənədin imzalanması da xüsusi olaraq vurğulanıb.

xxx

21:47

ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının qrupmərhələsinin püşkatma mərasimində iştirak edib.

Trend xəbər verirki, siyasətçi ABŞ milli komandasının turnirdə qalib gəlmə imkanınıistisna etməyib.

“Burada olmaq böyük şərəfdir. Canni İnfantino fantastik işgörüb. Bilet satışları rekord qırır. Yəni, biz artıq rekord əldəetmişik, bu, əladır”, – Tramp bildirib.

“ABŞ dünya çempionatını qazana bilərmi?” sualına isə Amerikalideri belə cavab verib: “Düşünürəm ki, bu mümkündür. Hesab edirəmki, burada bir çox komandanın şansı var. Yarış olduqca çətindir,amma deyərdim ki, ABŞ millisinin kiçik də olsa şansı var.”

Избранный
35
28
az.trend.az

10Источники