Bakı. Trend:
Azərbaycan və Gürcüstan dəfələrlə dezinformasiyanın hədəfiolub.
Bunu Trend-əmüsahibəsində “Eurocracy – Former Europe” adlı gürcü proqramınınaparıcısı İoane Şaişmelaşvili Azərbaycanda “İctimai etimadınformalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi”mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, feyk xəbərləri vaxtında aşkar etmək vəonları ifşa etmək olduqca vacibdir və bu, yalnız etibarlı mənbələrəəsaslanmaqla mümkün olur.
“Ölkələrimiz strateji tərəfdaşlardır və media platformalarıarasında əlaqələri inkişaf etdirmək bizim üçün son dərəcəönəmlidir. Siyasətçilər, iş adamları və digər fikir liderləricəmiyyətlə məhz media – televiziya, radio, internet və sosialşəbəkələr vasitəsilə ünsiyyət qururlar. Buna görə də media dəqiqinformasiyaya malik olmalı və milli təhlükəsizliyin maraqlarınaminə fəaliyyət göstərməlidir”, – deyə İ. Şaişmelaşvilibildirib.
O vurğulayıb ki, forum təcrübə mübadiləsi üçün mühüm imkanyaradır:
“Biz Gürcüstandakı vəziyyət barədə danışırıq, həmkarlarımız isəAzərbaycandakı vəziyyətdən – qanunvericilikdən, hüquqi əsaslardan,praktiki nümunələrdən, problemlərdən və onların həlli yollarındanbəhs edirlər. Bu, media platformaları arasında, ümumilikdə isəölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından çoxvacibdir.”
İ. Şaişmelaşvili həmçinin dövlət dəstəyinin zəruriliyinivurğulayıb:
“Dövlət milli səviyyədə prioritetləri müəyyənləşdirməli vəqarşıdakı əsas çağırışları bizimlə bölüşməlidir. Media isəinformasiya məkanının necə formalaşdırılması və vacib mesajlarınauditoriyaya necə çatdırılması üzərində işləməlidir.”