RU

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub (FOTO)

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) AzərbaycanDövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsindəADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətəbaşlayıb. Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdəninnovatorları bir araya gətirərək startap quruculuğu, startaplarınbazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiyasahəsində mentorluq və insan kapitalının inkişafına töhfəverməkdir.

Mərkəzin açılış tədbirində çıxış edən İRİA-nın sədr müaviniRəşad Xalıqov bu qəbildən olan mərkəzlərin məhz universitetmühitində fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətinivurğulayıb:

“İRİA olaraq universitetlərdə innovativ sahibkarlıq təfəkkürününinkişafına dəstək göstərmək prioritetlərimiz arasındadır. Buməqsədlə yaradılan innovasiya mərkəzləri dövlət-universitet-biznesəməkdaşlıq modelini gücləndirir və rəqabətqabiliyyətliiqtisadiyyatın formalaşmasına mühüm töhfə verir”.

ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəziprototipləşdirmə, aparat təminatı dizaynı və tədqiqatlar üçüntexniki avadanlıqlarla təchiz edilib. Mərkəzdə universitettələbələri, proqram iştirakçıları və mərkəzdən istifadə edəcəkşəxslər üçün kompüter laboratoriyası da mövcuddur. Bununla yanaşı,kovörkinq, toplantı, təqdimatlar, öyrənmə və təlim məqsədləri üçünşərait təmin edilib.

Çıxışlar zamanı, həmçinin bildirilib ki, digər universitetlərləelmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçüninkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEMtəşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu Mərkəzinfəaliyyətinin tərkib hissəsi olacaq.

Qeyd edək ki, İRİA-nın tərəfdaşlığı ilə ötən il BakıdaAzərbaycan İnnovasiya Mərkəzi və Sumqayıtda “Sumgait InnovationHub”, 2025-ci ildə isə “Andersen Lab”, Naxçıvan DövlətUniversitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinintərkibində müvafiq olaraq innovasiya mərkəzləri yaradılıb.

Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Gəncədə
Избранный
102
9
az.trend.az

10Источники