Ajans.az xəbər verir ki,bayram ağacı Virciniyadan gətirilib. Milli müsabiqədə qalib gələn ferma ağacı bağışlamaq hüququ qazanıb. Mərasimdən əvvəl qonaqlar Amerika pop ulduzlarının ifaları ilə əyləniblər. Qeyd edək ki, ABŞ-da Milad 25 dekabrda qeyd olunur və Ağ Evdə bayram ağacının işıqlarını yandırmaq ənənəsi bir əsrdən çoxdur ki, davam edir. İlk dəfə bu mərasimi 1923-cü ildə Kelvin Kulic həyata keçirib.