RU

Paşinyan Britaniyanın dövlət naziri ilə “Tramp marşrutu”nu müzakirə etdi

BAKI, 4 dekabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koker ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan höküməti məlumat yayıb.

Görüş zamanı tərəflər regional əhəmiyyət daşıyan məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh prosesinin möhkəmləndirilməsi və regional sabitliyə dair mövcud təşəbbüsləri müzakirə ediblər.

Həmçinin tərəflər "Tramp marşrutu" (TRIPP) layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Избранный
156
teleqraf.com

1Источники